Bu gün muxtar respublikanı keyfiyyətli qida məhsulları ilə təmin edən müəssisələrdən biri də “D-adlı qaymaq” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Nuhcixan.az xəbər verir ki, müəssisə ötən il dövlət dəstəyindən yararlanaraq gündə 10 ton süd emalı gücünə malik texnoloji avadanlıqlar əsasında qurulub.
“D-adlı qaymaq” MMC-də 9 çeşiddə məhsul istehsal olunur. Xama, qaymaq, ayran, dovğa, qatıq, pendir, şor, kərə, ərinmiş yağ “EPİ” markası ilə bazarlara çıxarılır. Bundan başqa müəssisədə istehsal olunan Naxçıvan pendiri, ovma pendir, kaşar pendir, tərkibinə maya vurulmayan diet pendiri, camış qatığı, inək qatığı, kərə, ərinmiş yağ daxili bazarda yetərincə alıcı qazanıb.
Müəssisədən verilən məlumata görə, bazar təlabatı nəzərə alınaraq müəssisədə saçaq pendir və qaymaq istehsalına da başlanılıb.