Naxçıvan Avropa ölkələrinə nümunə ola bilər

167

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən “Avropa günləri”ndə iştirak edən Belçika Krallığının səfiri Bert Skufs Naxçıvanla tanışlığı zamanı burada aparılan siyasəti, tikinti-quruculuq işlərini yüksək qiymətləndirib. O, jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, muxtar respublikada enerji sahəsində həyata keçirilən düşünülmüş və planlı tədbirlər təqdirəlayiqdir: “Əvvəlcə onu vurğulamaq istərdim ki, Naxçıvan Muxtar Respublikası bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əldə etdiyi nailiyyətlərə görə bəzi Avropa ölkələri üçün nümunə ola bilər. Sevindirici haldır ki, bu gün Belçika şirkətləri bu sahəyə öz töhfələrini verirlər. Onlar Naxçıvanda Günəş Elektrik Stansiyasının qurulmasında və fəaliyyətinin təşkilində qarşılıqlı əməkdaşlıq çərçivəsində uğurlu nəticələr əldə ediblər. Bir çox ölkələr enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirirlər, amma təcrübədə böyük nəticələr əldə edə bilmirlər. Naxçıvanda isə alternativ enerji mənbələrindən istifadə istiqamətində konkret nəticələr əldə olunur, həqiqətən, enerji təhlükəsizliyi təmin edilir. Ümid edirik ki, bu sahə Naxçıvanda gələcəkdə daha da inkişaf edəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: