Naxçıvan Muxtar Respublikası bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı sahəsində bəzi Avropa ölkələri üçün nümunə ola bilər.
NUHÇIXAN-ın məlumatına görə, bunu Belçikanın Azərbaycandakı səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, Belçika şirkətləri Naxçıvanda günəş enerjisinin generasiyası sahəsində fəaliyyət göstərirlər:
Bundan başqa, tədbirdə iştirak edən Finlandiyanın Azərbaycandakı səfiri Arya Makkonen qeyd edib ki, ölkəsinin şirkətləri Naxçıvanda bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət göstərirlər.
Səfir əlavə edib: “Biz gələcəkdə bu sahədə əməkdaşlığın inkişafında maraqlıyıq”.