Naxçıvan alimlərindən Azərbaycan üzümçülüyünə yeni töhfə

70

AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycan ampeloqrafiyası” kitabının təqdimatı olub.

NUHÇIXAN xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, “Azərbaycan ampeloqrafiyası” kitabı Azərbaycan Respublikasında üzüm genefondunun tədqiqi, ayrı-ayrı regionlarda becərilməsi və daha da inkişaf etdirilməsi məqsədilə işlənilib. Qeyd olunub ki, elmi əsər ölkədə üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr olunmuş ilk kapital əsərdir. 3 cilddən ibarət kitabın 1-ci cildində  giriş, ümumi ampeloqrafiya, interaktiv ampeloqrafiya, xüsusi ampeloqrafiya və ədəbiyyat siyahısı bölmələri verilib. 2-ci və 3-cü cildlər isə nəşrə hazırlanır.  Birinci kitab Azərbaycan dilində yazılmaqla əsas bölmələr ingilis və rus dillərində də verilib. “Azərbaycan ampeloqrafiyası” kitabı geniş coğrafiyada istifadə edilməsi üçünüzümçülük üzrə beynəlxalq miqyasda qəbul edilmiş üzümün əsas genetik əlamətlərinin  şifrələnmiş sistemi əsasında tərtib olunub.

Əsərdə Azərbaycanda ampeloqrafik tədqiqatlar və üzümçülüyün tarixi inkişaf yolu, müasir vəziyyəti, əsas üzümçülük bölgələri, imkanlar və perspektivlər araşdırılıb. Kitabda 16 kişmişi, 70 aborigen süfrə sortunun tam şəkildə amperoqrafik təsvirləri və fotoşəkilləri verilib.

“Azərbaycan ampeloqrafiyası” kitabı AMEA Naxçıvan Bölməsinin bioresurslar institutunun meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin rəhbərliyi ilə bir qrup alim tərəfindən hazırlanıb.  Kitab  magistrlər, doktorantlar, elmi işçilər, üzümçülüklə məşğul olan fərdi təsərrüfat sahiblər, fermerlər və digər oxucular üçün nəzərdə tutulub.

Əbülfəz Dünyamalıyev

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: