“Naxçıvan-2018”in altıncı turu başa çatıb

54

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının altıncı turunda “A” qrupunda mübarizə aparan azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni üzərində qələbə qazanıb.

NUHÇIXAN xəbər verir ki, digər görüşlərdə Hollandiya təmsilçisi Serqey Tviyakov ukraynalı qrossmeyster Anton Korobovdan, Nicat Məmmədov Yunanıstan təmsilçisi Kotronias Vasilliosdan, türkiyəli qrossmeyster Vahap Sanal isə iranlı beynəlxalq usta Əlirza Firuzcadan üstün olub.

Qrossmeyster Qədir Hüseynov almaniyalı qrossmeyster İqor Xenkinlə, İspaniya təmsilçisi qrossmeyster Oleq Korneyev israilli qrossmeyster İlya Smirinlə, ukraynalı qrossmeyster Vitaliy Bernardskiy iranlı həmkarı Ehsan Qaem Məqami ilə heç-heçə oynayıb.

6-cı turun nəticələrinə görə, bu qrupa dörd xal yarımla Eltac Səfərli, Nicat Məmmədov, Vahap Sanal və Serqey Tviyakov liderlik edirlər.

“B” qrupunda Təbriz İdrisovla Samir Davidov xallarını yarı bölüblər, Fariz Əhmədov Şahin Hüseynov üzərində qələbə qazanıb, Elvin Bayramov Fatimə Əhmədovadan üstün olub, Nihad Mustafayev Rasim Əliyevlə heç-heçə edib. Nihad Əsgərov iranlı Saeb Barzegara, Süleyman Süleymanlı isə iranlı həmkarı Cəfər Xamisiyə məğlub olub.

Hazırda bu qrupda Fariz Əhmədov və Samir Davidov beş xal yarımla liderlik edirlər.

Beynəlxalq Şahmat Festivalının “C” qrupunda isə Əli Züqanov Niyazi Qafarov üzərində qələbə qazanaraq xallarının sayını 6-ya çatdırıb və qrup liderliyinə yüksəlib. Zahid Allahverdiyev Rəsul Tarverdiyevdən üstün olub, Leyla Quliyeva isə Firəngiz Tarverdiyevanı məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: