NATO üzvü olmayan dövlətlərin silahları Alyansın cəbbəxanasına daxil edilə bilməz

187

Çexiyanın İsraildən almaq istədiyi mobil radarlar NATO-nun ümumi silahlar sisteminə daxil edilə bilməz.

NUHÇIXAN xəbər verir ki, Şimali Atlantika Alyansının təhlükəsizlik üzrə xüsusi komitəsi (ASAB) bu qənaətə gəlib. Əsas səbəb mobil radarların NATO-nun üzvü olmayan dövlətdə istehsal edilməsidir.

Çexiya İsrailin “Elta Systems” şirkətinə 140 milyon avro dəyərində səkkiz mobil radar sifariş etmək qərarına gəlib. Çex Respublikası Ordusunun Baş Qərargah rəisi Alyoşa Opatanın sözlərinə görə, NATO-nun qərarı yeni informasiyadır. O deyib: “Ümidvaram, məsələ beynəlxalq səviyyədə Çex Respublikasının xeyrinə həll ediləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: