Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

133

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən, Beynəlxalq Konfransın 2019-cu il aprelin 16–18-də Bakıda keçirilməsini təmin etmək məqsədilə yaradılan Təşkilat Komitəsi sədr, sədr müavini və 15 üzvdən ibarətdir. Baş nazirin müavini Əli Həsənov Təşkilat Komitəsinin sədri, daxili işlər naziri Ramil Usubov isə sədr müavini təyin olunublar.

Təşkilat Komitəsinə Beynəlxalq Konfransın Bakıda keçirilməsinə dair tədbirlər planını işləyib hazırlamaq tapşırılıb.

Qeyd edək ki, Sərəncamda, həmçinin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından bəri dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun institusional və qanunvericilik tədbirlərinin həyata keçirildiyi, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətlərinin qurulduğu qeyd olunub.

Xüsusi vurğulanıb ki, Azərbaycanın 2019-cu ildə bu mötəbər qurumun növbəti konfransına ev sahibliyi etməsi ilə bağlı qərarın qəbul olunması ölkəmiz üçün mühümdür və beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: