Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirilib

121

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə edərək Bakıya gətirib.

NUHÇIXAN-ın məlumatına görə, 140 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş bu nüsxədə şairin “Nəsimi” təxəllüsü ilə yanaşı, “Hüsuyil”, “Seyyid” təxəllüsü ilə yazdığı şeirləri də yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: