Nəqliyyat vasitələri payız-qış mövsümünə hazır olmalıdırlar

174

Avqust  ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Yol Polisi əməkdaşlarının da üzərinə mühüm vəzifələr qoyulub. Həmin müşavirədə

Payız-qış mövsümündə  muxtar respublikada fasiləsiz nəqliyyat xidmətinin təmin edilməsi məsələləri həmişə diqqətdə olur. Bununla bağlı müvafiq qurumlara xüsusi tapşırıqlar verilir.  Çünki qış aylarında muxtar respublikada əhalinin kəndlərə rahat gediş-gəlişi maksimum həddə təmin olunmalıdır.

Bununla əlaqədar olaraq Ordubad Rayon Polis Şöbəsinin Yol Polisi Qrupunun da üzərinə mühüm vəzifələr düşür. Heç kəsə sirr deyildir ki, muxtar respublikamız sərt kontinental  iqlim qurşağında yerləşdiyindən qış mövsümündə əksər yollar qar və buzla örtülü olur. Buna görə də istər sərnişin daşıyan marşurut avtobuslarının sürücüləri, istərsər taksi sürücüləri, istərsə də dövlət və fərdi avtomobil vasitələrini idarə edənlər ixtiyarlarında olan nəqliyyat vasitələrini texniki müayinədən keçirməlidirlər. Bütün sürücülər bilməlidirlər ki, texniki tələblərə cavab verməyən nəqliyyat vasitələrindən istifadə qadağandır. Avtomobillərin təhlükəsiz hərəkəti üçün ilk növbədə onların təkər və şinləri normal vəziyyətdə olmalıdır.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, qış aylarında minik avtomobillərinin şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 millimetrdən az olmamalıdır. Yük avtomobillərində isə şinlərin protektorundakı naxışların qalmış hündürlüyü 1 millimetrdən, avtobuslarda 2 millimetrdən, motosikletlərdə 0,8 millimetrdən az olmamalıdır. Şinlərdəki göstəricilər yuxarıdakı tələblərə cavab vermədikdə qanunla  nəqliyyat vasitələrinin istismarı qadağan edilir. Həmçinin nəqliyyat vasitələrinin konstiruksiyasında nəzərdə tutulmuş şüşəyuyanlarişləmədikdə, şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması kimi zədələr (yarıq, kəsik, qırıq) olduqda,  şinlər ölçülərinə və yükgötürmə qabiliyyətlərinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə, avtobusun, minik avtomobillərinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru naxışlı şinlər geyindirildikdə həmin nəqliyyat vasitələrinin istismarına icazə verilmir. Onu da qeyd edək ki, soyuqlar tam düşməmiş nəqliyyat vasitələri üçün mövsümi mühərrik yağından istifadə etmək lazımdır.

Bu günlərdə ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən məlum olub ki, onların bir çoxu qış aylarına hələ  tam hazır vəziyyətdə deyil. Belə ki, bir sıra nəqliyyat vasitələrinin şinlərinin naxışlarının ölçüləri, daxili qızdırıcı sistemləri, zəncirləri, dərman qutuları, odsöndürən balonları, qarlı-şaxtalı günlərdə həyat üçün lazım olan vasitələr (uzunboğaz çəkmələr, yun əlcəklər, şam, kibrit və  sairə) qaydasında olmamışdır. Qışa hazırlığı tam başa çatdırmaq üçün həmin sürücülərə vaxt verilib.

Əziz sürücülər. Hələlik havaların normal temperaturda keçməsi sizi aldatmasın. Qarşıdan qarlı-şaxtalı qış günləri gəlir. Gəlin qeyri-sabit hava şəraitinə indidən ciddi şəkilıdə hazırlaşaq.

Sədi Əliyev

Ordubad Rayon Polis Şöbəsinin Yol Polisi Qrupunun  baş dövlət avtomobil müfəttişi, polis polkovnik-leytenantı

“El həyatı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: