Muxtar respublikada yaşıllaşdırma tədbirləri davam etdirilir

118

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada yaşıllıqların ümumi sahəsi 0,6 faizdən 14 faizə qədər artıb. Naxçıvan şəhərində də yaşıllıqların ümumi sahəsi xeyli genişləndirilib. Şəhərin müxtəlif ərazilərində 4 hektara yaxın meyvə bağları əkilib, park və xiyabanlarda  isə minlərlə gül kolları salınıb. Muxtar respublikanın yaşıllıq zolaqlarını yeni fidanlarla təmin etmək üçün Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsində minlərlə meyvə tingləri, gül şitilləri, eləcə də həmişəyaşıl ağac tingləri yetişdirilir. 

Müəssisə tərəfindən payız mövsümündə iməcilik keçirilən ərazilərə 8 minə yaxın meyvə, meşə və həmişəyaşıl tinglər verilib. Bundan əlavə sahələrə 4 mindən çox üzüm tənəkləri göndərilib. 

Qeyd edək ki, Naxçıvan Yaşıllaşdırma Xidmətinin kollektivi 844 hektara yaxın  yaşıllıq sahəsinə xidmət edir. Burada tinglər toxumacarlıq tumlarla yetişdirilir. Badam, ərik, şaftalı və müxtəlif növ meyvə tingləri əldə etmək üçün onların çəyirdəkləri torpağa əkilir. Nəticədə isə yerli şəraitə uyğun meyvələrin genefondu qorunmaqla yanaşı həm də daha sağlam tinglər əldə olunur. 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: