Muxtar respublikada tütün yığımı davam edir

187

Muxtar respublikada tütünün ikinci qırım vaxtıdır. NUHÇIXAN xəbər verir ki, fermerlər təsərrüfatlarından yığdıqları məhsulları “Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətinin tütün yetişdirmə məntəqəsinə təhvil verirlər. Məhsulun dəyəri isə yerindəcə ödənilir.

Muxtar respublikamızda tütünçülük təsərrüfatlarından yığılan məhsullar Kəngərli rayonundakı Tütün Yetişdirmə Təsərrüfatına gətirilərək qurudulur. Qurudulan tütün Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Tobacco” fabrikinə göndərilir. Fabrikdə “Cahan”, “Visore”, “Nova” “Fine” və sair  markalı filtrli siqaretlər istehsal olunur. Cəmiyyətdə bazarın tələbatına uyğun olaraq 11 növdə filtrli siqaret istehsal olunur ki, bu məhsulların 10 faizi daxili tələbatı ödəyir, 90 faizi isə 8 xarici ölkəyə ixrac olunur.

Bu bitki Kəngərli, Şərur və Babək rayonlarında daha geniş ərazilərdə əkilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: