Muxtar respublikada tibbi kadrlar işlə təmin olunub

610

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın  səhiyyə müəssisələrində vakant həkim və orta tibb işçisi yerləri üzrə əmək yarmarkası keçirilib. Yarmarkada işaxtaranlara Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturundakı səhiyyə müəssisələri də daxil olmaqla, 579 vakant yer təklif edilib.

Qeyd edilib ki, səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatını ödəmək, eləcə də muxtar respublikada hazırlanan ali və orta ixtisas təhsilli kadrların işlə təminatı məqsədilə hər il əmək yarmarkası təşkil olunur.

Əmək yarmarkasında 12 həkim, 29 tibb bacısı işə göndəriş alıb.

        Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: