Taksi xidməti ilə məşğul olan sürücülər Naxçıvan Dövlət Tarix Muzeyində olublar.
NUHÇIXAN xəbər verir ki, ziyarətçilərə Naxçıvan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə məlumat verilib. Naxçıvan Muxtar Respublikasının ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan maddi mədəniyyət, tətbiqi sənət, qədim numizmatika nümunələri, həmçinin milli geyimlər, bədii tikmələr və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və digər maddi-mədəniyyət nümunələri sürücülərin marağına səbəb olub. Muxtar respublikaya gələn yerli və əcnəbi turistlərlə daha sıx münasibətdə olan taksi sürücüləri üçün bu cür maarifləndirici tədbirlər son illər geniş vüsət alıb.
Sadiq Məmmədov
NTV xəbər