Muxtar respublikada suvarılan torpaq sahələri genişləndirilir

109

Noyabr ayında muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrinin suvarma suyu ilə təminatı diqqət mərkəzində saxlanılıb. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, bu dövrdə su istifadəçilərinə 19 milyon kubmetrdən artıq suvarma suyu verilib, 15 min 979 hektar torpaq sahəsi suvarılıb. Torpaqlarda şoranlaşmanın qarşısını almaq üçün 13 kilometr beton və torpaq kanal, 24 kilometr ara arxlar lildən təmizlənib, 4 kilometr suvarma boru xətti çəkilib.

Kəngərli rayonunun Böyükdüz kəndinin 616 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Həmçinin ötən ay 53 subartezian quyusunda təmir işləri aparılıb, 5 kəhrizdə bərpa işləri davam etdirilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Ordubad və Şahbuz rayonlarında işlər davam etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: