Muxtar respublikada qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə monitorinqlər aparılır

231

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə dair tədbirlər planının icrası çərçivəsində monitorinqlər davam etdirilir.

NUHÇIXAN xəbər verir ki, monitorinqlər muxtar respublikanın Vergilər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Statistika Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələrindən ibarət komissiya tərəfindən aparılır.

Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanılması, həmçinin əmək müqavilələrində əməkhaqlarının real göstərilməsini müəyyən etmək məqsədi daşıyan növbəti monitorinqlər zamanı Ordubad və Şahbuz rayonları üzrə, ümumilikdə, 57 obyektdə 35 işçi ilə yeni əmək müqavilələrinin bağlanılması təmin edilib, 100 işçinin isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: