Muxtar respublikada qanunsuz yaşayan 165 əcnəbi aşkarlanıb

345

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində müşavirə keçirilib. Xidmətin rəisi, III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri Şahin Nəbiyev  bildirib ki, hesabat dövrü ərzində dövlət miqrasiya xidmətinin  əməkdaşları tərəfindən muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər görülüb.  Əldə olunan nəticələrə əsasən, 2018-ci ilin birinci yarısında muxtar respublikada qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 165 əcnəbi aşkarlanıb.

Hesabat dövründə miqrasiya məlumat mərkəzinə (202) 328 müraciət daxil olub. Bu müraciətlərin hər biri dəqiq və operativ cavablandırılıb.

2018-ci ilin birinci yarısında Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada yaşayan, işləyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin təbliği, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı maarifləndirmə tədbirləri keçirilib.

Şahin Nəbiyev vurğulayıb ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında hüquq-mühafizə orqanlarına maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirilməsi, nizam-intizamın daha da möhkəmləndirilməsi, ictimai asayişin və sabitliyin qorunmasına diqqətin artırılması barədə verilən tapşırıqlar əsas götürülərək qarşıya qoyulan vəzifələr xidmət tərəfindən layiqincə yerinə yetiriləcək.   

Sonra məruzə ətrafında çıxışlar olub.

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: