Muxtar respublikada istehlakçıların hüquqları qorunur

162

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli məhsulların ixracının dəstəklənməsi, idxaldan asılılığın azaldılması, həmçinin yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər noyabr ayında da davam etdirilib. Bu dövrdə sənaye və kənd təsərrüfatı yönümlü 12 istehsal sahəsi yaradılmaqla, ümumilikdə, 43 müəssisə fəaliyyətə başlayıb.

İstehlakçıların hüquqlarının qorunması dахili bаzаra nəzarət və keyfiyyətin yüksəldilməsi üçün 105 halda topdan və pərakəndə ticarət, istehsal müəssisəsi və xidmət obyektində nəzarət tədbirləri həyata keçirilib, 11609 manat dəyərində istehlak müddəti bitmiş məhsullar aşkar olunaraq ticarət dövriyyəsindən çıxarılıb, 644 yerli və idxal ərzaq məhsullarından nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlil edilib, 8 mənşə sertifikatı verilib. “Qаynаr хətt” vаsitəsilə 760 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılıb, sahibkarlıq fəaliyyətinə maneələr törədilməsi ilə bağlı sahibkarlıq subyektlərindən daxil olan şikayətlərə mütəmadi olaraq baxılıb və müvafiq köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası istiqamətində hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrə nazirliyin fəaliyyəti istiqamətlərini əks etdirən 4 mövzu üzrə mühazirələr oxunmuş, bir sıra müəssisələrin istehsal prosesi ilə yaxından tanış olmaları təmin edilib.

Naxçıvan Biznes Mərkəzi tərəfindən muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, sənətkarların fəaliyyətinin stimullaşdırılması və iş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, 22 adda 910 manat dəyərində əl işi və sənət əsərləri qəbul edilib, 38 adda 474 manat dəyərində əl işi satılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: