Muxtar respublikada ictimai nəqliyyatda sərnişin sıxlığı olmayacaq - FOTOLAR

834

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Nəqliyyat İdarəsi və “Naxçıvan Avtovağzal Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Qurban bayramı  günlərində muxtar respublikada ictimai nəqliyyatda sərnişin sıxlığının qarşısını almaq üçün xətlərdə marşrutların sayını  artırıb.

Rayon mərkəzlərindən və kəndlərdən sərnişin daşıyan avtobus və mikroavtobusların  Naxçıvan avtovağzalına vaxtında daxil olması və qrafikə uyğun hərəkət etməsinə nəzarət artırılıb.

Bayram günlərində  ölkəmizin paytaxtı Bakı şəhərinə və qardaş Türkiyə Respublikasına işləyən avtobusların sayı da artırılıb.

                                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: