Muxtar respublikada gigiyenik təmizlik diqqətdə saxlanır

297

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarındakı məişət tullantıları poliqonunda dezinfeksiya tədbirləri həyata keçirilib. Ərazidəki məişət tullantılarının yeri təmizlənərək dərmanlanıb.  Tullantıların ərazidə yandırılması  haqqında aidiyyəti təşkilatlara məsləhətlər verilib.

Monitorinqlər zamanı, həmçinin Naxçıvan şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompeksinin ərazisində sudan nümunələr götürülərək  səyyarı analizlər aparılıb.

Naxçıvan şəhərindəki bir sıra xəstəxanalarda tibbi tullantıların  idarə olunması,  ekoloji və  sanitar qaydaların vəziyyəti də araşdırılıb.

Bundan başqa,  Naxçıvançayın suyundan da nümunələr  götürülərək suyun tərkibi yoxlanılıb və bütün göstəricilər müsbət qiymətləndirilib.

Naxçıvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Naxçıvan şəhərinin küçə və məhəllələrində məişət tullantıları atılan qutular, onların yerləşdiyi ərazini  dərmanlayaraq dezinfeksiya ediblər.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: