Muxtar respublikada dəmir yolunun inkişafı diqqətdə saxlanılır

171

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən NUHÇIXAN-a verilən məlumata görə, noyabr ayında muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 8 min 520 ton müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 min 991 sərnişin daşınıb.

Ötən dövrdə lokomotivlər texniki baxışdan keçirilib, vaqonlarda cari təmir işləri aparılıb, baş və stansiya yollarına baxış keçirilib, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün bütün kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda təmir işləri aparılıb.

Muxtar respublikada dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər davam etdirilib, tikinti işləri aparılıb, Aza Təhlükəsizlik Komandasının inzibati binasında və yardımçı tikililərində aparılan əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib. Qış mövsümündə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə yerlərdə quraşdırılan bütün qazanxana və qızdırıcıların istilik, elektrik, qaz və su sistemləri yoxlanılaraq peşə kurslarını bitirmiş ocaqçılarla komplektləşdirilib. Xidməti ərazidəki bina, tikili və qurğular, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonları mütəmadi yoxlanılmış, yanğına qarşı texniki müayinə aparılıb, nöqsanlar aradan qaldırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: