Muxtar respublikada 9 mindən artıq şəkərli diabet xəstəsi var

457

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Bakı Tibb Mərkəzinin endokrinoloqu Rauf Cabbarov  Qalxanabənzər vəzinin autimum xəstəliklərinin səbəbləri və müalicəsi ilə bağlı ətraflı məlumat verib.

Bakı Şəhər Mərkəzi Dənizçilər Xəstəxanasının endokrinoloji şöbəsinin müdiri Nazim Rüstəmov “Prediabet xəstələrinin idarə olunması” mövzusundakı  çıxışında diqqətə çatdırıb ki, prediabetli şəxslərin xəstəlik riski qan şəkəri normal olan şəxslərə nisbətən 1,5 dəfə artıqdır.

Bildirilib ki,  muxtar respublikada 9 min 15 şəkərli diabet xəstəsi var. Onlara lazım olan avadanlıqlar- şəkərölçən cihaz, test çubuqları və dərmanlar dövlət qayğısı ilə pulsuz olaraq   verilir.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, endokrinologiyanın problemlərinə aid suallar cavablandırılıb.

                                     Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: