Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

174

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 800 milyon 260 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələyib.

Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl sektorun payı 95,6 faiz təşkil edib.

2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 34 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 24 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.

Sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2018-ci ilin yanvar-sentyabr aylarında 5 milyon 172 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 9,3 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada xalçaçılıq ənənələrinin qorunmasına və inkişafına, əhalinin məşğulluğunun təmin edilməsinə öz töhfəsini verməklə yanaşı, xalçaçılığın inkişafına müsbət təsir göstərəcəkdir.

Sənayedə istehsalın həcminin artması nəticəsində cari ilin yanvar-sentyabr aylarında 220 milyon 855 min 100 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: