Muxtar respublikada 33 soyuducu anbar yaradılıb

279

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran  vəzifələrlə əlaqədar müşavirə keçirilib.

İqtisadiyyat naziri Famil Seyidov bildirib ki, dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarının saxlanılması üçün ümumi tutumu 14 min 245 ton olan 33 soyuducu anbar yaradılıb. Bundan əlavə muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatını yerli istehsal hesabına təmin etmək məqsədilə Babək rayonunun Nehrəm kəndində tutumu 2500 ton olan soyuducu anbarın qurulması davam etdirilir.

Mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş meyvə və tərəvəz məhsullarının anbarlara tədarük edilməsi məqsədilə istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib.

Nazir qeyd edib ki, 4 avqust 2018-ci il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə aid tapşırıqların yerinə yetirilməsinə dair  nazirlikdə “İcra Planı” təsdiq edilib. Bu plana uyğun olaraq qarşıya qoyulmuş vəzifələr icra olunacaq.

Sonda məruzə ətrafında çıxışlar olub.

                                                                        Vaqif Ağalarov

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: