Muxtar respublikada 165 min 793 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib

116

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncaqda Cəmiyyətin direktoru Mahir Əliyev 2018-ci ildə görülən işlərdən və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan tapşırıqlardan danışıb.

Qeyd olunub ki, ötən il Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 126 min 660 ton müxtəlif təyinatlı yük daşınıb. Ötən 12 ay ərzində yük-sərnişin qatarları vasitəsilə 165 min  793 sərnişin  daşınıb.

Cəmiyyətin direktoru bildirib ki, Ordubad-Vəlidağ sahəsində istismar olunmaq üçün Bakı şəhərindən Avropa istehsalı olan 8 yeni oturacaq tipli sərnişin vaqonu alınaraq gətirilib. Vaqonlarda kombinasiya edilmiş istilik və soyutma sistemləri quraşdırılıb, sərnişinlərə internetdən, eləcə də televizordan istifadə imkanı yaradılıb. Həmçinin hər vaqonda 2 nəzarət kamerası quraşdırılıb.

Yol təsərrüfatında sağlamlaşdırma  işlərinin  aparılması məqsədilə ötən il Bakı şəhərindən 250 ədəd  yarım-yararlı ağac  şpal, avqust və sentyabr aylarında isə 6480 ədəd təzə ağac şpal alınıb. Culfa dəmiryol qovşağı üzrə abunəçilər arasında rabitənin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən “Multitek” Star-1 tipli ATS montaj olunaraq istifadəyə verilib.

Cəmiyyətin direktoru 2018-ci ildə işdə buraxılan nöqsanları da önə çəkib, həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.

Məruzələr ətrafında çıxışlar edilib, ötən il görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.

Yığıncaqda cəmiyyətin 2019-cu ilə dair iş planı təsdiq olunub.

                    Rəmzi İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: