Muxtar respublikada ən böyük məktəb binası inşa olunub

2. 757

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Dəstə kəndində məktəb, kənd və xidmət mərkəzləri, eyni zamanda həkim ambulatoriyası üçün yeni binalar inşa edilir. Bu il muxtar respublikada ən böyük məktəb binası da Dəstə kəndində inşa olunub. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət 900 şagird yerlik məktəb binasında tikinti işləri başa çatdırılıb. Məktəbdə 3-ü elektron olmaqla, 43 sinif otağı, idman zalı, laboratoriyalar, şahmat və hərbi kabinə şagirdlərin ixtiyarına veriləcək.

Yaşayış məntəqəsində 2 mərtəbədən ibarət həkim ambulatoriyası üçün yeni bina inşa olunur. Burada stomatoloq kabinəsi, palata, doğuş, peyvənd, mama, qeydiyyat, səhiyyə maarifi mərkəzi, manipulyasiya, tibb bacısı otağı, fizioterapiya kabinəsi və əczaxana, kənd sakinlərinə xidmət göstərəcək.

İki mərtəbədən ibarət kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika otağı və zal    yerləşəcək.

Kənddə tikintisi aparılan xidmət mərkəzində isə ərzaq və sənaye malları mağazaları, gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı sakinlərə xidmət edəcək.

Kənddə kompleks quruculuq tədbirləri çərçivəsində 20 kilometrlik kəndarası yollarda yenidənqurma işləri aparılacaq. Kəndə yeni su xətti çəkiləcək. Rabitə və elektrik təsərrüfatında cari təmir işləri aparılacaq.

                              Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: