Muxtar respublikada əmək yarmarkalarının keçirilməsi başa çatıb

220

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyul ayı ərzində əmək yarmarkalarının keçirilməsi başa çatıb.

Əmək yarmarkalarında 1543-ü dövlət, 177-si qeyri-dövlət müəssisələrində olmaqla, 230 idarə, müəssisə və təşkilatdan, o cümlədən 49-u özəl sektor olmaqla, 1912 boş iş yeri təqdim edilib. Müraciət edənlərdən 111-i dövlət, 98-i isə özəl sahədə, ümumilikdə, 209 nəfər işlə təmin olunub.

Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb. Belə ki, işlə təmin edilənlərin 58 nəfərini 29 yaşadək gənclər, 8 nəfərini sağlamlıq imkanları məhdud olan şəxslər, 37 nəfərini isə qadınlar təşkil edib.

Həmçinin Naxçıvan şəhərinin Tumbul kəndində bir bərbər-manikürçü, Şərur rayonunun Cəlilkəndində bir bərbər, Ordubad rayonunun Çənnəb kəndində bir bərbər-manikürçü, ümumilikdə, 3 nəfər kənd xidmət mərkəzlərində işlərə göndərilib.

Əmək yarmarkalarının yekun statistikasına əsasən Naxçıvan şəhərindən 46, Şərur rayonundan 42, Babək rayonundan 29, Ordubad rayonundan 20, Culfa rayonundan 24, Şahbuz rayonundan 13, Kəngərli rayonundan 26, Sədərək rayonundan isə 12 nəfər işlə təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: