Muxtar respublika üzrə pensiyaların orta aylıq məbləğində 5,1 faiz artım qeydə alınıb

429

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada 2018-ci ilin 1 oktyabr tarixinə pensiyaların orta aylıq məbləği  2017-ci ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 212 manatı ötüb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 5,4 faiz çoxalaraq 230,47 manat təşkil edib. Eyni zamanda, cari ilin oktyabr ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz çox vəsait yönəldilib.

Məlumat üçün bildirilir ki, Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 53 min 608 nəfərdir ki, bu da muxtar respublika əhalisinin 11,78  faizini təşkil edir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: