Muxtar Babayev Naxçıvanın ekologiyasından danışdı - VİDEO

1. 348

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən  ardıcıl ekoloji tədbirlər bu gün dünya miqyasında nümunə kimi götürülür. Yeni yaşıllıq zolaqlarının və meşələrin salınması, təbiətin mühafizəsi, flora və fauna ehtiyatlarının qorunması, ova qadağanın tətbiqi, aparılan ardıcıl maarifləndirmə işləri nəticəsində insanların təbiətə doğma münasibətinin formalaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə Naxçıvanda bu sahədə əldə edilən uğurlu nəticələrin tərkib hissəsi kimi dəyərləndirilir. Ötən gün “Real” televiziyasının “Ekskluziv” proqramının qonağı  olan Azərbaycanın yeni Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev muxtar respublikada bu sahədə görülən işləri ölkəmiz üçün model adlandırıb və əldə edilən müsbət təcrübənin ümumi Azərbaycan miqyasında yayılmasının vacibliyini vurğulayıb.

Əməkdar jurnalist Mirşahin Ağayevin suallarını cavablandıran Muxtar Babayev Azərbaycanda ekoloji vəziyyət, təbii sərvətlərdən istifadə, yaşıllığın qorunması, bu sahədə cərimələrin tətbiqi, ekoturizmin inkişafı və qarşıdakı dövr ərzində görüləcək işlərə aydınlıq gətirib. Nazir Naxçıvan Muxtar Respublikasına bu günlərdə etdiyi səfəri xatırladıb və  Naxçıvanda bu sahədə görülən işləri ölkəmiz üçün model adlandırıb.

Nazirin müsahibəsinin Naxçıvana aid hissəsi “Ölkə üçün təbii Naxçıvan modeli” başlığı ilə təqdim edilib. Vurğulanıb ki,  Naxçıvanda təbiətə israfçı yanaşma və onun çirkləndirilməsi yox dərəcəsindədir.

Nazir Muxtar Babayev çıxışının sonunda Naxçıvanda  əldə edilən müsbət təcrübənin ümumi Azərbaycan miqyasında yayılmasının vacibliyini vurğulayıb.

NUHÇIXAN həmin videomaterialı təqdim edir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: