Mütəxəssislər yaylaqda olublar
NUHÇIXAN–ın verdiyi xəbərə görə Batabat yaylağında qoyunçuluq təsərrüfatı sahibləri üçün maarifləndirici tədbir keçirilib. Məqsəd yay otlaqlarında qoyunlara zootexniki qaydalara uyğun qulluq edilməsi, baytarlıq tədbirlərinin vaxtında aparılması, yaylaqlardan səmərəli istifadə edilməsi ilə bağlı fermerləri məlumatlandırmaqdır. Naxçıvan Muxtar respublikası Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları mövzularla bağlı fermerlərə ətraflı məlumat veriblər. Sahibkarlara tövsiyə xarakterli bukletlər paylanılıb
Tədbir muxtar respublikada ailə təsərrüfatlarının inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində tərtib olunan tədbirlər planına əsasən təşkil olunub.