NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib.
Əsgərlər hərbi andı qəbul etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin təbriki şəxsi heyətə çatdırılıb.Tədbir iştirakçıları yeni and içən əsgərləri təbrik ediblər.
Sonda şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.
Mətin Abbaslı
NTV xəbər