Mülki müdafiə alayının əsgərlərinə bayram sovqatı verilib

141

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə alayına bayram sovqatı gətirib.

Əsgər və zabitlərlə keçirilən görüşdə muxtar respublikanın Baş naziri Əlövsət Baxşıyev bu bayramlar və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü və həmin nazirliyin mülki müdafiə alayının yaradılmasının 12-ci ildönümü münasibətilə əsgər və zabitləri təbrik edib.

Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyadakı bütün soydaşlarımızın qəlbini vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır.

Baş nazir Əlövsət Baxşıyev Fövqəladə Hallar Nazirliyinə göstərilən qayğıdan bəhs edib və bildirib ki, nazirliyin bütün struktur təşkilatları üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir.

Mülki müdafiə alayının komandiri, polkovnik-leytenant Azadil Hüseynov və əsgər Elxan Mahmudov diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra gətirilən bayram sovqatı əsgərlərə təhvil verilib.     

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: