Mühasibat işçiləri üçün təlimlərə başlanıb

84

Naxcivantv.az saytının verdiyi xəbərə görə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi bu gündən “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təlimlərə start verib.

Təlim Maliyyə və Vergilər Nazirliyinin peşəkar ixtisaslaşmış kadrlardan seçilmiş mütəxəssislər  tərəfindən aparılır. Təlimə müəyyən olunmuş büdcə təşkilatlarında 20 nəfər mühasibat işçisi dəvət olunub. 4 gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının təşkili, vergi uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlər aparılacaq. Tədris planına uyğun olaraq müxtəlif təşkilatlar üçün bu cür təlimlərin  ayda 2 dəfə keçirilməsi nəzərdə tutulub. Kursların yekununda  tədris olunan mövzular  ilə bağlı müvafiq qiymətləndirmə mərhələsindən sonra iştirakçılar Maliyyə Tədris Mərkəzinin Sertifikatları ilə təmin ediləcəklər.

                                                              Vüsal Muradov

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: