Müdafiə Nazirliyi Günnüt zəfəri ilə bağlı VİDEO yayıb
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Günnüt zəfəri ilə bağlı video paylaşıb.
2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.
Beləliklə də Əlahiddə Ümumqoşun Ordusunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli hədlərlə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulmuş məqsədə nail olunub.
NUHÇIXAN Naxçıvan televiziyasının və Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin hazırladığı
həmin videonu təqdim edir: