Müdafiə Nazirliyi: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır

181

“Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və ört-basdır etmək məqsədi güdür”.

NUHÇIXAN xəbər verir ki, bu barədə “RİA Novosti”yə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit qalmaqda davam edirdi, lakin Ermənistanın müdafiə və xarici işlər nazirləri oraya baş çəkdikdən sonra Ermənistan silahlı qüvvələri təxribat həyata keçirməyə başlayıblar”, – deyə açıqlamada bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: