Sentyabrın 8-9-da Moskva şəhərinin sakinləri və qonaqlar muzey və qalereyaları ödənişsiz ziyarət edə biləcəklər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Moskva şəhər meriyası məlumat yayıb. Bildirilir ki, bu addım Moskvanın 871 illiyi ilə bağlıdır. Rusiyanın paytaxtında 80 muzey ödənişsiz fəaliyyət göstərəcək. Sentyabrın 8-də Moskvada şəhər günü qeyd ediləcək.