Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək

118

Noyabrın 21-də Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin VI görüşü keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, ənənəvi görüşdə nümayəndə heyətlərinin başçıları MDB məkanında milli və beynəlxalq təhlükəsizliyin təminatı, Birlik ölkələrinin Antiterror Mərkəzinin fəaliyyəti, radikal təmayüllü dini cərəyanların yayılmasına qarşı mübarizə məsələlərinə dair mövzuları müzakirə edəcəklər.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri Birlik ölkələrinin vahid epidemioloji məkanı ərazisində birgə fəaliyyət mexanizmini, hibrid müharibələrində informasiya amilini müzakirə edəcəklər.

Görüşdə, həmçinin Əfqanıstandakı hərbi-siyasi vəziyyət, Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: