Moskvada MDB-yə üzv dövlətlərin Gənclər Forumu keçiriləcək

117

Dekabrın 3-dən 6-dək Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclər Forumu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, tədbir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Gənclər üzrə Federal Agentlik, MDB-yə üzv dövlətlərin Gənclər Şurasının təşkilatçılığı və Rusiyanın Gənclər və Uşaqlar üzrə Birlikləri Şurasının dəstəyi ilə təşkil olunacaq. Forumda gənclərin ictimai təşkilatlarının liderləri və Birlik ölkələrində gənclər siyasətinin həyata keçirilməsinə məsul olan icra hakimiyyəti orqanlarının təmsilçiləri iştirak edəcəklər.

Forumun açılış mərasimi TASS agentliyində təşkil olunacaq. Təhsil və mədəniyyət üzrə əsas proqramların isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və Qələbə Muzeyində keçirilməsi nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: