Moldova prezidenti İqor Dodonun korteji Straşenı–Kalaraş yolunda qəzaya düşüb.
NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə yerli “Publika” telekanalı məlumat yayıb.
İlkin məlumata görə, prezidentin korteji yük maşını ilə toqquşub. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.
Polis qəza xəbərini təsdiqləsə də, detalları açıqlamayıb.