Mixail Boçarnikov: Naxçıvan şəhərindəki rusdilli məktəblə yaxından tanışlığım məndə xoş təəssüratlar oyatdı

172

Naxçıvanın çox gözəl təbiəti, qədim tarixi və mədəni abidələri, iqtisadi potensialı ilə yaxından tanış oldum. Yerli əhalinin tələbatının ödənilməsi üçün bir çox sənaye və kənd təsərrüfatı məhsulları məhz Naxçıvanda istehsal olunur. Bu, yaxşı haldır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.

Muxtar respublikaya səfərinin tanışlıq xarakteri daşıdığını qeyd edən Mixail Boçarnikov bildirib ki, Naxçıvan Avtomobil Zavodunda olarkən burada istehsal edilən nəqliyyat vasitələrinə təkcə muxtar respublikada deyil, Azərbaycanın digər bölgələrində də böyük tələbat olduğunu öyrənib.

Naxçıvan şəhərindəki rusdilli məktəblə yaxından tanışlığın onda xoş təəssüratlar oyatdığını bildirən səfir deyib: “Bu məktəbdə müasir standartlara cavab verən şəraitin yaradılmasını yüksək qiymətləndirirəm. Məktəbdəki tədris prosesi ilə yaxından tanış oldum, təhsil ocağının pedaqoji kollektivi ilə söhbət zamanı burada işləyən müəllimlərin öz işlərinə necə məsuliyyətlə yanaşdıqlarına şahidlik etdim. Bu, məni çox sevindirdi”.

Mixail Boçarnikov muxtar respublikadan xoş təəssüratlarla ayrıldığını deyib, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: