Misirli rəssamın köçürdüyü Müqəddəs Qurani-Kərim Ginnesin Rekordlar Kitabına düşə bilər

142

Misirli rəssam Saad Məhəmməd əlyazma şəklində hazırladığı irihəcmli Müqəddəs Qurani-Kərimi Ginnesin Rekordlar Kitabına daxil etmək istəyir.

NUHÇIXAN “Middle East Eye” nəşrinə istinadla xəbər verir ki, bir vaxtlar təhsilini yarımçıq qoyan Saad uzun sürən axtarışlardan sonra həyatını incəsənətlə bağlamaq qərarına gəlib və özünütəhsillə məşğul olub. Cəmiyyət üçün faydalı bir iş görmək istəyən Saad orijinal Quran nüsxəsi yaradıb. O, dünyada əlyazma şəklində ən böyük Qurani-Kərim kitabını hazırlamaq ümidi ilə üç il səylə çalışıb.

Saad müqəddəs kitab üzərində öz evində işləyib. Qeyd edək ki, Saadın evi də əsl sənət əsəridir. O, Qahirədən şimalda yerləşən Belkina qəsəbəsindəki evinin divarlarına və tavanına öz əlləri ilə klassik islam naxışları çəkib.

Saadın hazırladığı Quran da unikal alınıb. O, müqəddəs kitabı lülə şəklində bükülən 700 metr uzunluğunda kağız üzərinə köçürüb. Mürəkkəb naxışlarla işlənmiş əlyazma hər tərəfinə çarx quraşdırılan böyük qutuya qoyulub.

Ginnesin Rekordlar Kitabının nümayəndələri bildiriblər ki, dünyada ən iri mətbu Quranın yaradılması üzrə rekord müəyyən olunub. Lakin Müqəddəs Quranın ən böyük əlyazmasının yaradılması ilə fərqlənən rekordçu hələ qeydə alınmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: