Misirin Ayn Şəms Universitetinin arxeoloqları Qahirənin ətrafındakı Matariya rayonunda əhəngdaşından düzəldilən iki lövhənin üzərində maraqlı heroqlif yazıları aşkar ediblər.
NUHÇIXAN Misirin Qədim Abidələr Nazirliyinə istinadla xəbər verir ki, heroqlif yazılarında firon II Ramzesin zamanında yaşamış məşhur memar Amenemintin adı çəkilir.
Xatırladaq ki, arxeoloqlar bu yaxınlarda Misir fironu II Ramzesin taxt-tacının olduğu qədim mərasim binasının xarabalıqlarını aşkar ediblər. Bu binada fironun iştirakı ilə təntənəli mərasimlər keçirilirmiş. Sonradan alimlər bu tikilinin Günəş tanrısı Ra məbədi olduğu qənaətinə gəliblər.
Arxeoloji ekspedisiyanın rəhbəri Mahmud Əl-Damati bildirib ki, lövhələr üzərindəki heroqlif yazıları bu qədim tikilinin memarının Amenemint olduğunu göstərir. Onun sözlərinə görə, taxt-tac zalının tikintisinə memar özü rəhbərlik edib.