Milli  Qurtuluşun  Müəllifi

325

Müstəqilliyimizin ilk günlərindən  Azərbaycanda baş verən ictimai-siyasi prosesslər respublikanı böhran vəziyyətinə, parçalanmaq səviyyəsinə və müstəqilliyin itirilməsi həddinə gətirib çıxarmışdı. Azərbaycana başçılıq  edən təcrübəsiz rəhbərlərin səriştəsiz  siyasəti nəticəsində Azərbaycan torpaqları bir-birinin ardınca işğal olunur, qədim və müasir mədəniyyət abidələri məhv edilərək vətəndaşlarımız öz torpaqlarından qovulurdu. Cəmiyyətdə anarxiya və özbaşınalıq baş alıb gedirdi. Siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu.

Respublikamızda yaranmış böhranlı vəziyyətin aradan qaldırılması yolunu xalqımız  əsrimizin görkəmli siyasi xadimi, ulu öndərimiz Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qaytarılmasında görürdü. Xalq bütün ümidini  o zamanki iqtidarın hər bəhanəylə hakimiyyətdən uzaqlaşdırmağa çalışdığı, Mərkəzi Komitədən istefa edərək öz xalqını xilas etmək üçün doğma Naxçıvanına  qayıdan dahi  siyasətçi Heydər Əliyevə bağlamışdı.

Çünki həmin vaxt ölkə rəhbərliyi tərəfindən laqeyd yanaşılan Naxçıvan sanki taleyin axınına buraxılmış, düşmənlə əhatələnən muxtar respublika öz sərhədləri daxilində tək qalmışdı.

O illərdə Naxçıvanda  Muxtar Respublikanın Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyev öz dühasi və səriştəsi ilə öncə Naxçıvanı gözləyən bəlalardan xilas edə bilmişdi. Sərhədlərə hücum edən düşmənlə, iqtisadi sıxıntılarla  döyüşmək, blokadanın yaratdığı çətinlikləri  dəf etmək üçün  Naxçıvan Heydər Əliyevin siyasi dühasina, zəkasına və səriştəsinə sığınmışdı. Nəticə isə, ürək açan idi. Çünki bu dahi insanın sayəsində Naxçıvan hələ də yaşayır  və mübarizə aparırdı. Məhz elə bu faktı yaxşı bilən Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev respublikaya ikinci dəfə (1969-cu ildə də çox çətin bir dövrdə rəhbərlik etmişdir) siyasi hakimiyyətə qayıtdı.

1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə əvvəlki hökumətdən yalnız miras olaraq  problemlər qalmışdı. Ölkədə hakimiyyətsizlik və hərc-mərclik baş alıb gedirdi; sənaye və kənd təsərrüfatı istehsalının səviyyəsi azalır, iqtisadiyyat tənəzzülə uqramağa doğru gedirdi.  Bölgələrdə separatçılıq əhval- ruhiyyəsi güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verirdi.

Heydər Əliyev prezident kimi Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək, ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə şərait yaratmaq, erməni təcavüzkarlarına qarşı müharibəni sülh yolu ilə başa çatdırmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək üçün yorulmaq bilmədən çalışdı. Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsi, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması işinə  dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, milli ordunun qüvvətləndirilməsindən başladı.

Əslində hələ, 1969-cu ilin ziddiyyətli, ağır və mürəkkəb dövründə  Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər salsaq görərik ki, elə ilk günlərdən (Azərbaycan SSR ilə Ermənistan SSR arasındakı sərhədin qrafik təsvirinin təsdiq edilməsi qərarı) Azərbaycan torpaqlarına qarşı ərazi iddialarının qarşısının alaraq o,  Azərbaycanın gələcək müstəqilliyinin təməlini qoymuşdu.

Bu danılmaz faktdır ki, 1993-cü ildə Heydər Əliyev Azərbaycanda Ali vəzifəyə gəldikdən sonra vətəndaş müharibəsinin qarşısı alındı, torpaqlarımızın işğalı dayandırıldı və respublikamızın parçalanması təhlükəsi aradan qaldırıldı. Bütün bunlarla respublikanın tarixi müqəddəratını həll etdi. Artıq Azərbaycan siyasi və iqtisadi cəhətdən sabitliyə doğru irəliləyən bir ölkəyə çevrilirdi. Onun həqiqətləri dünyanın ən nüfuzlu dövlətlərinin, siyasi təşkilatların tribunalarından məhz Heydər Əliyevin səyi, zəhməti nəticəsində səslənir, dünyanın diqqəti Azərbaycana yönəlirdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ən önəmli olan strateji iş kimi ordu quruculuğunda yeni dönüş mərhələsi başladı. Dövlət Müdafiə Şurası yaradıldı. Şuranın ilk iclasında cinayətkarlığa,Vətən qarşısında öz müqəddəs borcunu yerinə yetirməkdən boyun qaçıran şəxslərə qarşı barışmaz mübarizə aparılacağının təsbit olunması, çağırış və səfərbərlik işinin şəraitin tələblərinə uyğun qurulması, fərrarilərə, hərbi xidmətdən yayınanlara qarşı ciddi tədbirlər tətbiq olunması istiqamətində atılan qəti addımlar Milli Ordunun döyüş hazırlığının yüksəlməsinə səbəb oldu. Bütün bunlar əsl nizami ordu quruculuğuna başlanmasına təkan verdi.

Prezident Heydər Əliyev cəbhə bölgələrində ordunun, əsgərlərin döyüş hazırlığı ilə yaxından tanış olub, konkret tədbirlər müəyyənləşdirdi. Yeni Azərbaycan ordusu məhz Heydər Əliyevin səyi ilə təzədən yaranırdı. Səmərəli hərbi təlimlər üçün xüsusi proqramlar hazırlandı, ordunun döyüş hazırlığının yüksəldilməsi işi dövlət rəhbərliyinin ciddi nəzarəti altına alındı. Silahlı Qüvvələrin maddi-texniki bazası xeyli möhkəmləndi. Nəticədə Azərbaycan Ordusu düşmənin respublikanın  daxilinə doğru hücumunu dayandırdı. Hətta əks-hücuma keçib bir sıra torpaqları işğaldan azad etdi.

Azərbaycanın yeni prezidentinin səyləri ilə 1993-cü ilin noyabr ayında Ermənistan hərbi birləşmələrinin Araz çayı boyunca Beyləqana doğru hücumunu dayandıran Azərbaycan Silahlı Qüvvələri 5 yanvar 1994-cü il tarixində Araz çayı sahilindəki Bala Bəhmənli və Əhmədbəyli kəndlərindən iki istiqamətdə-Araz çayı boyunca Horadiz qəsəbəsi və şimala-Kürdmahmudlu, Qaraxanbəyli kəndləri istiqamətində əks-hücuma başladı. Yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndi azad edildi. Bir gün sonra Horadiz qəsəbəsi işğalçılardan təmizləndi.

Artıq ordu ermənilərlə döyüşə üzərinə “Əliyev uğrunda!” şüarı yazılan tanklarla hücuma keçirdi. Çünki öz Ali Baş Komandanına inanırdı. Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatlar nəticəsində Füzuli rayonunun 22 kəndi və strateji əhəmiyyətli Horadiz qəsəbəsi, həmçinin Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi geri alındı. Hücumların genişləndirilməsi ilə bir çox strateji yüksəkliklər ələ keçirildi və Kəlbəcər-Laçın yolunun bir hissəsi nəzarət altına alındı.

Prezident Heydər Əliyevin ordu quruculuğu sahəsində qısa müddətdə həyata keçirdiyi silsilə tədbirlər nizami, vahid komandanlıq altında birləşən Azərbaycan ordusunun yaradılması və düşmənə qarşı uğurlu hərbi əməliyyatların aparılması ilə nəticələndi. Məhz bu amil işğalçı Ermənistanı danışıqlar masası arxasında oturmağa və atəşkəs barədə sazişi imzalamağa məcbur etdi. Atəşkəs imzalandıqdan sonra ölkəmizdə vəziyyət sabitləşməyə başladı və müstəqil Azərbaycan Respublikası beynəlxalq aləmdə böyük nüfuz əldə etdi.

Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Milli Qurtuluşun müəllifi, Azərbaycan xalqının müdrik oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin  1993-cü ilin  15 iyununda xalqın səsinə səs verərək respublika rəhbərliyinə qayıdışı Azərbaycanı parçalanmaqdan və vətəndaş müharibəsindən xilas edərək xalqın və dövlətin taleyini həll etdi. Azərbaycanı qətiyyətli prinsipiallığı, yüksək rəhbərlik metodu və fenomenal siyasəti ilə idarə edərək həyatını xalqına fəda etdi. Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və Heydər Əliyev siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev  bu gün Ulu öndərimizin  Respublikamız üçün hazırladığı çoxşaxəli inkişaf konsepsiyasını müasir dövrün tələblərinə uyğun müvəffəqiyyətlə həyata keçırir. Dövlətimizi  sürətlə inkişaf etdirərək daha da qüdrətləndirməklə, onu regionun ən güclü dövlətinə çevirib. Bu gün Azərbaycan öz iqtisadi qüdrəti ilə  dünyanın nüfuzlu  dövlətlərindən birinə çevirilməkdədir.

15 iyun – “Milli Qurtuluş Günü” bayramımız  mübarək  olsun!

Əlövsət Hüseynquliyev

AŞPA-nın üzvü statusuna malik olan 

             Beynəlxalq  Antiterror Birliyi (BAB) prezidentinin muşaviri 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: