“Milli qurtuluşdan intibaha”mövzusunda konfrans

293

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev Muzeyi ilə birlikdə “Milli Qurtuluşdan intibaha” mövzusunda elmi-praktik konfrans keçirib. Konfrans Milli Qurtuluş Gününün 25-ci ildönümünə həsr olunub.

NUHÇIXAN-ın məlumatına görə, bildirilib ki, 1990-cı ilin iyulunda Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev həmin ilin sentyabr ayında keçirilən seçkilərdə respublika və muxtar respublika parlamentlərinə deputat seçildi. Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında muxtar respublikanın rəsmi adından “sovet sosialist” sözləri çıxarıldı. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün regionda lider dövlətə çevrilib.

Vurğulanıb ki, 2016-cı ilin aprel döyüşləri, elə bu günlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Şərur rayonunun Günnüt kəndini və 11 min hektarlıq ərazimizi düşmən işğalından azad etməsi xalqımızda mübarizlik əhval-ruhiyyəsini yüksəldib. Bütün bunlara Azərbaycanda Milli Qurtuluşdan başlanan Heydər Əliyev dövlətçilik siyasətinin həyata keçirilməsi sayəsində nail olunub.

Sonra “Milli Qurtuluşdan intibaha”,“Heydər Əliyev siyasətinə sədaqətin nümunəsi: XXI əsrin Naxçıvanı”, “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarıdır” mövzularında çıxışlar dinlənilib.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Konfrans iştirakçıları Heydər Əliyev Muzeyinin ekspozisiyasına baxıblar.

Əbülfəz Dünyamalıyev 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: