AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 15-iyun Milli Qurtuluş Günü ilə əlaqədar sərgi təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə , sərgidə “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Heydər Əliyev irsi-əbədiyaşar təlim”, “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri”, “Azərbaycanı dünyaya saydıran insan”, “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi”, “Zamanı qabaqlayan dahi” və digər kitablar nümayiş olunur.
Həmçinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ölkə və xalq qarşısındakı əvəzsiz xidmətlərindən, eləcə də nəsillərə nümunə olan həyat və siyasi fəaliyyətindən bəhs edən qəzet, jurnal və toplular tamaşaçılara təqdim edilir.