Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

72

Aprelin 24-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi, Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi, Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi barədə müzakirələr aparılıb.

Sonra “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: