Milli Məclisin Gənclər siyasəti və idman komitəsinin yeni sədri təsdiqlənib

202

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Gənclər siyasəti və idman komitəsinin sədri vəzifəsinə deputat Ülvi Quliyev təsdiq edilib.

NUHÇIXAN-ın xəbərinə görə, Ü.Quliyev komitədə indiyədək sədrin müavini vəzifəsini icra edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə parlamentin Gənclər siyasəti və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: