Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb

183

Noyabrın 15-də Milli Məclisin plenar iclasında 2019-cu il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.

NUHÇIXAN xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açıb.

Əvvəlcə Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələnilki xərclər smetası barədə məlumatı diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin və onun Aparatının 2019-cu il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəllərinə, inzibati binalarında, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələrə və proqnozlara əsasən tərtib edilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,5 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

Deputatlar məsələ ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2019-cu il üçün xərclər smetası barədə məlumat verib. Bildirib ki, 2019-cu ildə Azərbaycan Respublikası Hesablama Palatasının saxlanılması üçün 4 milyard 4 milyon 368 min 941 manat vəsait proqnozlaşdırılır. Bu vəsait 2018-ci ilin proqnoz göstəricisindən təqribən 6,5 faiz çoxdur. Artım əsasən bəzi yardımçı dövlət qulluqçularının inzibati təsnifat üzrə yerdəyişməsindən irəli gəlir və yanacağın qiyməti ilə bağlıdır. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 84,3 faizi əməyin ödənilməsini təşkil edir.

Parlamentdə müzakirələr zamanı qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə noyabrın 23-dək vaxt verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: