Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfi müzakirə olunur

143

Noyabrın 5-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, təbii ehtiyatlar, energetika və ekologiya, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “2019-cu il dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirəyə çıxarılıb.

NUHÇIXAN xəbər verir ki, iclasda çıxış edən iqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda çox uğurlu islahatların davam etdirildiyini söyləyib. Bildirilib ki, Azərbaycanda iqtisadi fəaliyyətin son 15 ildəki nəticələri kifayət qədər möhtəşəm rəqəmlərlə xaraketerizə olunur. Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə keçir.

Ziyad Səmədzadə qeyd edib ki, qloballaşan dünyada, risklərin artığı bir şəraitdə Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir. Heç şübhəsiz bu nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət, ölkənin milli maraqlarına cavab verən iqtisadi inkişaf strategiyası dayanır. Dövlət Büdcəsi bütün bu nailiyyətlərin əldə olunmasında mühüm bir vasitədir. Büdcənin hazırlanmasında iştirak edən strukturlar bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşırlar. Məhz belə yanaşmanın nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsinin parametrləri, göstəriciləri ildən-ilə təkmilləşir, yaxşılaşır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: