Mikayıl Müşfiqin xatirəsi anılıb

116

Naxçıvan Dövlət Universiteti Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, İncəsənət fakültəsində Beynəlxalq Tələbə həftəsi çərçivəsində Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

İştirakçılara Ölkə başçısının Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam haqda məlumat verilib. Vurğulanıb ki, əsərlərində forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi əks olunan Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilən məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşayır.

Sonra bədii hissədə şairin həyat və yaradıcılığını əks etdirən kompozisiya nümayiş etdirilib. Şairin şeirləri bədii qiraət olunub  və onun sözlərinə bəstələnən  mahnılar səsləndirilib.

Beynəlxalq Tələbə həftəsi çərçivəsində tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: