Meyvə-tərəvəz qabıqlarının faydaları

129

Meyvə – tərəvəz qabıqlarının  faydaları  haqqında çox danışılır. Düzdür bunlardan bir çoxunun qabığını  soymadan yemək olar. Ancaq nar, soğan, sarımsaq, badımcan, limon, portağal, kivi, banan və bir çox bu kimi meyvə – tərəvəzi qabıqlı yeməyin  mümkün olmadığını hər kəs bilir. O zaman “vitamin deposu” adlandırılan meyvə–tərəvəz qabıqlarından faydalanmaq üçün aşağıdakı qaydalardan istifadə etmək olar.

Nar qabığı bağırsağın qurdlardan, parazitlərdən təmizlənməsində faydalıdır. Qabıqlar yuyulub, qurudulub və blenderdən  keçirildikdən sonra  istifadə olunur. Nar qabığı tozu həzm sistemi və bağırsaq xəstəliklərində müalicəedici təsirə malikdir. Qabığın içindəki pərdələri qaynadıb çay kimi içmək də xeyirlidir.

Alma qabığı içindəki potasyum və yüksək  faizli lif  ilə həzm sisteminə kömək edir. Həkimlər və elm adamları qəbizlikdən əziyyət çəkənlərə  almanı qabıqlı yeməyi xüsusi olaraq məsləhət görürlər. Davamlı olaraq yeyilən alma sayəsində bədəndəki pis xolesterolun faizi aşağı düşür, yaxşı xolesterolun faizi isə 4 qat artır. Bundan başqa qabıqlı yeyilən alma bir növ dişləri təmizləyir, diş minalarını masaj edir, damağı və diş diblərini sıxlaşdırır.

Limon qabığı C vitamini ilə zəngindir və bu xüsusiyyəti ilə  ətli hissəsindən daha faydalı olduğu söylənilir. Limon qabığındakı maddələr dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır. Ürəyi rahatladan limon qabığı, eyni zamanda sinir sistemini sakitləşdirir, bakteriyaları öldürür.

Kartof qabığı qaynar suda  yarım saat saxlandıqdan sonra saçlar həmin su ilə  yuyulsa par-par parlayacaq. Bu nəticəni əldə etmək üçün saçı yuyub qurtardıqdan sonra kartof suyu ilə yaxalamaq lazımdır. Çünki tərkibindəki nişasta saçlarda olan yağı götürür və saç parlayır. Ayrıca qaynadılmış kartof qabığı suyunda stəkan, boşqab, nəlbəki  və bu kimi  qablar  bir dəfə belə çalxalansa onların parlaqlağı artacaq. Kartof soyularaq bişirildiyi zaman tərkibindəki vitaminin xeyli hissəsini itirir. Buna görə də soymaq əvəzinə bıçaqla üzdən yavaşca qaşınması məsləhət görülür. Suda və közdə bişirilən kartof daha çox xeyirlidi. Kartofun qabığını üzə sürtməklə təbii pudra effekti də almaq olur.

Badımcan qabığı beyin hüceyrələrinin zədələnməsinin qarşısını alan antitoksinlərlə zəngindir. İçindəki potasyum sayəsində immun sistemini gücləndirən maqnezium və lif vardır.

Heyva qabığı sidik yolu iltihablarını aradan qaldırır. Eyni zamanda iştaha da açan heyva qabığı böyrək və sidik kisəsi iltihablarını da sağaldır.

Soğan qabığı əsl  dezinfeksiyaedicidir. Xüsusilə, dırnaq göbələyinin dərmanıdır. Soğan qabıqlarını suda pörtlədərək əl və ayaqları bir müddət həmin suda saxlamaq lazımdır.  Bundan başqa qabıqları suda bişirib horra  halına saldıqdan sonra ayaqdakı urların üstünə qoyulsa şişlər təmizlənir, yox olub gedir.

Sarımsaq qabığı kabab bişirməkdə çox işə yarayır. Ətləri şişə taxdıqdan sonra sarımsaq və soğan  qabığını üstünə səpmək lazımdır, qoxusu kababın dadını qat-qat yaxşılaşdıracaqdır.

Hazırladı:

Zülfiyyə Həsənova

“Oğuz yurdu” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: